PAŞA Holding “INMerge” İnnovasiya Sammitini Təşkil Edir

PAŞA Holding, “INMerge” İnnovasiya Sammitini 10-11 oktyabr 2024-cü il tarixlərində Bakı Konqres Mərkəzində keçirəcək.

Regionun ən iri innovasiya tədbiri olan “INMerge”in məqsədi innovasiya ekosistemini inkişaf etdirmək, startaplar və investorlar arasında əməkdaşlıq imkanları yaratmaq və bu sahənin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi təmin etməkdir.

Bu ilki sammitdə “YouTube”un həmtəsisçisi Steve Chen, “Amazon”un vitse-prezidenti və CTO-su Werner Vogels, “Avito”nun keçmiş baş icraçı direktoru Vladimir Pravdivy iştirak edəcək. Eyni zamanda, “Paradox Strategies” və “InnovationForce” şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill, Stenford Universitetinin professoru Ilya Strebulaev və “Vodafone”un region üzrə rəhbəri Johannes Hummer də spikerlər arasında yer alacaqlar.

Ölkəmizdən isə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov, ekosistem üzrə baş icraçı direktor Fərid Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və “4SİM” icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.

Sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, elektron ticarət, telekommunikasiya, əlavə dəyər xidmətləri, yeni iqtisadiyyat və digər sahələr müzakirə olunacaq.

Biletləri www.inmerge.az veb saytından əldə edə bilərsiniz. Əlavə məlumat və bilet əldə etmək üçün sammitin rəsmi səhifəsinə və sosial media hesablarına baxmağı tövsiyə edirik.